Maliyyə Nazirliyi iyulun 16-da 20 milyon manatlıq DOİ yerləşdirdi

17:25 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib. 

BFB xəbər verir ki, iyulun16-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105013756 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000%) və 101.837 AZN (6.9997%) olan 29 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.6378  (7.6500%), orta ölçülmüş qiyməti 100.8307  (7.5447%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,161,100.00 AZN yerləşdirilmiş həcmi isə 20 milyon AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 13 iyul 2021-ci  il.

 

Bütün xəbərlər