Neftin qiymətləri 3%-dən çox kəskin düşdü, “Azeri Light” 0,3% enib

09:58 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,19 (0,3%) azalıb və bir barelə 68,56 dollar təşkil edib.

Çərşənbə axşamı günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 2,13 dollar (3,2%) düşərək bir barelə 64,35 dollar təşkil etmişdir.

Çərşənbə günü “Brent” neftinin sentyabr fyuçersi saat 9:10-da 0,12 dollar (0,19%) bahalaşaraq 64,47 dollar /barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 16-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 1,96 dollar (3,3%) kəskin düşərək bir barelə $57,62 təşkil etmişdir. 

“WTI” markalı neftin avqust fyuçersi çərşənbə günü saat 9:10-da 0,03 dollar (0,05%) azalaraq 57,59 dollar / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər