“Naxçıvanbank”-ın aktivləri 200 milyon manatı keçib

17.07.2019,10:18


17 iyul, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “Naxçıvanbank” ASC 215 milyon 763 min manat cəmi aktivlərə malik olub.

Bu statistik məlumat bankın hesabatında açıqlanıb.

Hesabata görə, bank sözügedən dövrdə 135 milyon 363 min manat  cəmi öhdəliklərə və 80 milyon 400 min manat cəmi kapitala malik olub.

Qeyd edək ki, 30 İyun 2018-ci il tarixində “Naxçıvanbank” ASC 191 milyon 812 min manat cəmi aktivlərə, 116 milyon 593 min manat  cəmi öhdəliklərə və 75 milyon 218 min manat cəmi kapitala malik idi.