“PAŞA Bank”-ın müştərilərə verdiyi kreditləri artıb

10:44 - 17.07.2019


17 iyul, Fineko/abc.az. 2019-cu ilin 2-ci rübündə “PAŞA Bank Azərbaycan”ın müştərilərə verdiyi cəmi kreditlər 132 milyon 425 min manat artıb.

Bu barədə məlumat bankın açıqladığı rüblük hesabatında qeyd olunub.

Hesabata əsasən, bankın müştərilərə verdiyi kreditlər 30 İyun 2019-cu il tarixində 1 milyard 402 milyon 114 min manata çatıb.

Qeyd edək ki, ötən ilin sonunda “PAŞA Bank”ın müştərilərə verdiyi cəmi kreditlər 1 milyard 320 milyon 893 min manata çatmış, lakin ilk rübdə 51 milyon 204 min manat azalaraq 1 milyard 269 milyon 689 min manata düşmüşdü.

Ötən ilin İyun ayının sonu ilə müqayisədə isə Bankın müştərilərə verdiyi cəmi kreditlər 364 milyon 878 min manat artıb. 30 İyun 2018-ci il tarixində “PAŞA Bank”da müştərilərə verilən cəmi kreditlər 1 milyard 37 milyon 236 min manat təşkil etmişdi.

 

Bütün xəbərlər