330x110
 

“İpək Yolu Sığorta” bu ilin I yarısını mənfəətlə başa vurub

17.07.2019,12:19


17 iyul, Fineko/abc.az. “İpək Yolu Sığorta” ASC 2019-cu ilin I yarısını 1 milyon 143 min manat mənfəətlə başa vurub.

Bu barədə şirkətin açıqladığı maliyyə hesabatında qeyd olunub.

Belə ki, hesabata əsasən, 6 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 14 milyon 535 min manat, xərcləri isə 13 milyon 392 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,45% azdır.