Bu il əhalinin nominal gəlirləri 27 milyard təşkil edib

12:23 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 % artaraq 27 milyard 355,8 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 2 min 768,6 manatlıq gəlir düşüb.

Bildirilir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 milyard 131,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 % çox vəsait qalıb.

Bütün xəbərlər