Dekabrın 7-nə proqnozlaşdırılan hava haqqında məlumat təqdim edilib

06.12.2017,15:42


6 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah intensiv xarakterli yağıntıların yağacağı  və güclü küləyin əsəcəyi barədə xəbər verir.

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Yarımadada gecə 3-5, gündüz 5-8 dərəcə isti olacaq. Bakıda gecə 3-5, gündüz saatlarında isə 5-7 dərəcə isti gözlənilir.

Azərbaycanın bölgələrində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı,  bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

 

Açar sözlər: hava proqnoz