Bu il ölkəyə ən çox İsveçrədən məhsul idxal edilib

15:09 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan 2019-cu ilin yanvar-iyun aylarında ən çox İsveçrədən məhsul idxal edib.

Bildirilir ki, 6 ayda ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal edilib. İsveçrədən idxalın dəyəri 1 milyard 9 milyon 53 min dollar, Rusiyadan 1 milyard 4 milyon 69 min dollar, Türkiyədən isə 677 milyon 400 min dollar olub.

 

Bütün xəbərlər