Azərbaycanın Müdafiə naziri Türkiyənin generalı ilə görüşüb

15:45 - 6.12.2017


6 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri  Zakir Həsənov Türkiyə Respublikası Silahlı Qüvvələrinin  Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, görüş əsnasında tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdilər.

Məlumatda  qeyd edilir: “Görüşdə Azərbaycan ilə Türkiyə arasında  hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr və birgə fəaliyyət istiqamətləri müzakirə edilib”.

 

 

Bütün xəbərlər