AKİA-nın sədri: Bu il 70,7 milyon manatlıq kənd təsərrüfatı texnikası satılıb

15:39 - 17.07.2019


17 iyul, Fineko/abc.az. “Cari ilin birinci yarısında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 328 fermerə 11,35 milyon manat güzəştli nağd pul krediti ayrılıb, 391 nəfərə isə 1432 ədəd ümumi dəyəri 70,7 milyon manat olan kənd təsərrüfatı texnikası satılıb.”

Bunu AKİA-nın sədri Mirzə Əliyev deyib.

O qeyd edib ki, texnika alan fermerlər əvəzindən 27,1 milyon manat vəsait AKİA tərəfindən təchizatçılara subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12,67 milyon manat güzəştli kredit ayrılıb.

M. Əliyev nəzərə çatdırıb ki, əgər ötən ilin ilk yarısında 62,8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu il həmin rəqəm 12 % çox, yəni 70,7 milyon manat olmuşdur.

“Bunun səbəbi “Aqrolizinq” ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynların sayının artmasıdır. Bu il ötən ilin eyni dövründə olduğundan 3 dəfə çox kombayn satılıb. Bu da əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir”, - deyə AKİA-nın sədri vurğulayıb.

 

Bütün xəbərlər