Yarım ildə ölkədə12 mlrd. kilovat/saat elektrik enerjisi istehsal edilib

17.07.2019,16:47


17 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında ölkədə 11 milyard 967,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 11 milyard 549,1 milyon kilovat/saat elektrik enerjisi alınıb.

Bildirilir ki, həmin həcmin 10 milyard 611,3 milyon kilovat/saatı istilik, 859 milyon kilovat/saatı su, 21,1 milyon kilovat/saatı günəş, 57,7 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.