AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:35 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, iyulun 17-də AMB 50101276S dövlət qeydiyyat nömrəli,  200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar yerləşdirib.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 33 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 975,169,000.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 14 avqust 2019-cu il.

 

Bütün xəbərlər