İkinci rübdə “Azəri-Çıraq-Günəşli” 4,9 milyon ton xam neft ixrac edib

09:37 - 18.07.2019


18 iyul, Fineko/abc.az. SOCAR-dan verilən məlumatda deyilir ki, cari ilin ikinci rübündə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton xam neft, 172 milyon kubmetrdən çox təbii qaz, 604 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib.

Qeyd edilir ki, xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48 % artım qeydə alınıb. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

 

Bütün xəbərlər