Neftin qiymətləri hələ də düşür, “Azeri Light” 3,5% ucuzlaşıb

10:26 - 18.07.2019


18 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 2,39 (3,5%) düşüb və bir barelə 66,17 dollar təşkil edib.

Bir gün öncə müşahidə olunan kəskin enmədən sonra cümə axşamı günü ticarət zamanı neftin qiymətləri cüzi dəyişib.

Çərşənbə günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,69 dollar (1,1%) düşərək bir barelə 63,66 dollar təşkil etmişdir.

Cümə axşamı günü “Brent” neftinin sentyabr fyuçersi saat 9:10-da 0,12 dollar (0,19%) bahalaşaraq 63,78 dollar /barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 17-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,84 dollar (1,6%) düşərək bir barelə $56,78 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi cümə axşamı günü saat 9:10-da 0,01 dollar (0,02%) yüksələrək 56,79 dollar / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər