330x110
 

BTC kəməri ilə 6 ayda 16 milyon tonadək neft nəql edilib

18.07.2019,10:29


18 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 19 milyon 744 min ton neft nəql olunub.

Bildirilir ki, nəql etmənin 81 %-i Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 6 ayda bu kəmərlə 15 milyon 985,7 min ton neft nəql edilib. Yarım ildə BTC ilə 2 milyon 316,3 min ton tranzit nefti də ötürülüb.