330x110
 

Bu il təbii qazın ixracında artım müşahidə edilir

18.07.2019,10:39


18 iyul, Fineko/abc.az. SOCAR-dan verilən məlumata görə, 2019-cu ilin ikinci rübündə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan artıq neft, 8 milyard kubmetrdən çox qaz hasil edilib.

Bildirilir ki, hesabat dövründə ölkədən 2,4 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar təbii qazın ixracında müşahidə edilən artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 % olub.