330x110
 

SOCAR ikinci rübdə 1,7 milyard kubmetrədək təbii qaz hasil edib

18.07.2019,11:05


18 iyul, Fineko/abc.az. SOCAR ikinci rübdə 1,9 milyon tondan çox neft və 1,7 milyard kubmetrədək təbii qaz hasil edib.

Şirkətin hesabatında bildirilir ki, bu ilin ikinci rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan çox neft, 1,7 milyard kubmetrədək təbii qaz hasil edərək hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.

Qeyd edilir ki, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planının icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb.