SOCAR üzrə qazma işlərinin həcmi artırılıb

18.07.2019,11:21


18 iyul, Fineko/abc.az. 2019-cu ilin birinci yarısında SOCAR-ın qazma idarələri tərəfindən 81,896 min metr həcmində qazma işləri həyata keçirilib.

SOCAR-dan verilən məlumata görə, 2019-cu ilin birinci yarısında SOCAR üzrə aparılan qazma işlərinin həcmi 2,4% artıb.

Rüb ərzində şirkət üzrə 41,593 min metr qazma işi aparılıb. 2019-cu ilin ikinci rübündə SOCAR üzrə qazma işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb.

2018-ci ilin yanvar-iyun aylarında şirkət təxminən 80 min metr qazma işi həyata keçirib.