ƏMDK tender elan edir

11:36 - 18.07.2019


18 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi açıq tender elan edir.

Tenderin predmeti kiber təhdidlərin və sızmaların qarşısının alınması üçün sistemin və lisenziyaların satın alınmasıdır.

Tenderdə bu sahədə təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli hüquqi şəxslər iştirak edə bilərlər.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 20 avqust 2019-cu il saat 11.00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 29 avqust 2019-cu il saat 11.00-dək təqdim etməlidirlər.

Əlaqələndirici şəxs-Natiq Yaqubov.

Telefon- (+99412) 5654195 (daxili- 2021); e-mail: [email protected].

Ünvan: Bakı , Heydər Əliyev prospekti 139A.

 

Bütün xəbərlər