Cari ildə informasiya və rabitə xidmətlərinin dəyəri artıb

12:00 - 18.07.2019


18 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri 999,8 milyon manatlıq xidmət göstərib ki, onun da 72,1 %-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,2 %-i və ya 421,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

 

Bütün xəbərlər