330x110
 

Bu il istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb

18.07.2019,12:12


18 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 129,1 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 %, maşın və avadanlıqların istehsalı 10 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 % artıb. Hesabat dövründə, həmçinin 747 traktor istehsal olunub.