330x110
 

Cari ildə ölkədən 6,1 milyard dollarlıq xam neft göndərilib

18.07.2019,14:26


18 iyul, Fineko/abc.az. SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycandan 13 milyon 38,8 min ton xam neft ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd edilir ki, beş ayda ixrac edilən neftin dəyəri isə 6 milyard 185 milyon 362 min ABŞ dolları olub.