330x110
 

Cari ildə ölkədə 12 mlrd. kubmetrədək əmtəəlik təbii qaz çıxarılıb

18.07.2019,15:50


18 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylaraında Azərbaycanda 18 milyon 799,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 17 milyard 312,2 milyon kubmetr təbii qaz hasil olunub.

Həmin həcmdən 11 milyard 989,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 6 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,4 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz çoxalıb.

Ölkədə neft istehsalı 3 % azalıb, qaz hasilatı isə 35 % artıb.