Azərbaycan sığortaçıları ilin birinci yarısında 361 mln. manat toplayıblar

18.07.2019,14:35


18 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın sığorta şirkətləri tərəfindən 361.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (FIMSA) məlumatında deyilir ki, könüllü sığorta bazarı üzrə haqlar 241.8 mln. manat, ödənişlər isə 83.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 119.5 mln. manat, ödənişlər isə 35.8 mln. manat olub.

“Sığorta ödənişlərinin 69.9%-i könüllü, 30.1%-i icbari sığorta növləri hesabına formalaşıb”, - deyə məlumatda bildirilir.

2019-cu ilin iyul ayının əvvəlinə Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir.