“Azəriqaz”: “Azəristiliktəchizat” istehlak etdiyi qaza görə ödəniş etməyib

17:05 - 18.07.2019


18 iyul, Fineko/abc.az. Azərbaycanda istilik sistemi operatoru olan “Azəristiliktəchizat” ASC-nin 2019-cu ilin I yarısında əldə etdiyi təbii qaza görə "Azəriqaz" İstehsalat Birliyi qarşısında borcu 26 046 891,2 manat təşkil edib.

“Azəriqaz”dan verilən məlumata əsasən, “Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayı ərzində 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub.

“Azəristiliktəchizat” tərəfindən bu günə qədər heç bir ödəniş olunmayıb”, - məlumatda belə deyilir.

“Azəriqaz”ın məlumatında əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin may ayında təsdiq etdiyi elan olunmuş hesab üzrə ödənilmədikdən bir ay sonra istehlakçının qaz təchizatının dayandırılması barədə qaydaya rəğmən, Azəristiliktəchizat üçün qaz tədarükü davam edib.

“Azəristiliktəchizat” ASC istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyini və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb”, - məlumatda belə deyilir.

"Azəristiliktəchizat" ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.

 

Bütün xəbərlər