Neftin qiymətləri azalır, “Azeri Light” 3,7% ucuzlaşıb

19.07.2019,10:24


19 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 2,45 (3,7%) düşüb və bir barelə 63,72 dollar təşkil edib.

İyulun 18-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 1,73 dollar (2,7%) aşağı yuvarlandı və bir barelə 61,93 dollar təşkil etmişdir.

Cümə günü “Brent” neftinin sentyabr fyuçersi saat 9:20-də 1,15 dollar (1,86%) bahalaşaraq 63,08 dollar /barelə təşkil edib.

NYMEX birjasında iyulun 18-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 1,48 dollar (2,6%) düşərək bir barelə $55,30 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi cümə günü saat 9:20-də 0,80 dollar (1,45%) yüksələrək 56,10 dollar / barelə təşkil etmişdir.