330x110
 

AgBank-ın 2019-cu ilin 1-ci yarısında məcmu kapitalı 51 milyonu ötüb

19.07.2019,11:12


19 iyul, Fineko/abc.az. AgBank 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Məlum olub ki, 30 İyun 2019-cu il tarixində “AGBank” 471 620 min manat cəmi aktivlərə (o cümlədən 233 593 min manatı müştərilərə verilən kreditlər) malik olub.

Bununla yanaşı bank sözügedən dövrdə 420 368 min manat cəmi öhdəliklərə (o cümlədən 222 833 min manatı depozitlər) və 51 251 min manat cəmi balans kapitalına sahib olub.

Bankın məcmu kapitalı isə bu dövrdə 51 863 min manata çatıb.