Bu gün Bakıxanov qəsəbəsində təbii qazın verilməsində məhdudiyyət olacaq

11:31 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Bakıxanov qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, saat 10:00-dan Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsində 15 min istehlakçının təbii qaz təchizatı dayandırılacaq.

Bu, əsasən N.İsmayılov prospekti, Z.Bünyadov və Ş.Kamilov küçələrini əhatə edəcək. Təchizatın dayandırılması “Bakıxanov” qazpaylayıcı stansiyasında aparılacaq bəzi yenidənqurma işləri ilə bağlıdır.

 

Bütün xəbərlər