“Azəriqaz” təcili səyyar xidmət yaradıb

12:03 - 19.07.2019


19 iyul, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata əsasən, birliyin inzibati binasında (Bakı şəhəri, Yusif Səfərov küçəsi 23) təcili səyyar xidmət yaradılıb.

Belə ki, inzibati binasının birinci mərtəbəsində, həmçinin Mərdəkan, Xırdalan, Maştağa xidmət sahələrində şənbə və bazar günləri abonentlərə saat 09:00-dan 18:00-dək xidmət göstəriləcək.

 

Bütün xəbərlər