Bu il ölkəyə 32 milyon dollarlıq yağ idxal olunub

12:47 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Yarım ildə ölkəyə 6 min 525 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri isə 32 milyon 556 min dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 39 milyon 472 min dollarlıq 6 min 688 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

 

Bütün xəbərlər