Maliyyə Nazirliyi iyulun 23-də 25 milyon manatlıq DQİ yerləşdirəcək

13:22 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, iyulun 23-də keçiriləcək hərracda AZ0104007742 nömrəli DQİ satışı həyata keçiriləcək.

“DQİ buraxılışının həcmi 25 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edib”, -  BFB-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər