AMB iyulun 22-də keçiriləcək depozit hərracında 150 milyon manat cəlb etməyi planlaşdırır

12:58 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, iyulun 22-də keçiriləcək depozit hərracında  bank 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsini planlaşdırır.

“Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi  6,51% - 8,49% təşkil edir”, - AMB-in məlumatında belə deyilir.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.

 

Bütün xəbərlər