Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub

14:19 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3632,8 milyon manat vəsait daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% və ya 250,3 milyon manat çoxdur.

Bu barədə Maliyyə Nazirliyinin 6 ayda dövlət büdcəsinin icrasına dair məlumatında deyilir.

Qeyd olunur ki, həmin vəsaitin 70,1%-i və yaxud 2245,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 milyon manat və ya 14,3% çoxdur.

 

Bütün xəbərlər