Muğan Bankın komission və qeyri-faiz gəlirləri artıb

14:43 - 19.07.2019


19 İyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “MuğanBank”  2019-ci ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən 2019-cu ilin yanvar -iyun dövründə bankın kreditlər üzrə faiz gəlirləri 18 milyon 906 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 531 min manat və ya 8,8% artım deməkdir. Bankın komission və qeyri-faiz gəlirləri isə 2 milyon 217 min manat və ya 36% artaraq 8 milyon 364 min manat təşkil edib.

2019-cu ilin 1-ci yarımilini 9 milyon 825 min manat zərərlə başa vuran “MuğanBank”-ın zərəri cari ilin 2-ci rübündə 3 milyon 439 min manat azalıb.

Cari ilin yanvar - iyun aylarında “Muğanbank”ın cəmi gəlirləri 28 milyon 809 min manat, cəmi xərcləri isə 38 milyon 677 min manat təşkil edib. Xərclərin 12 milyon 119 min manatı kreditlər üzrə ehtiyatların yaradılması üçün xərc təşkil edib. Bu xərc nəzərə alınmasa bank 2 milyon 300 min manat əməliyyat mənfəəti əldə edir.

 

Bütün xəbərlər