Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard manatdan çox vəsait transfert edilib

15:39 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 65,2 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 % və yaxud 446,2 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 234,4 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,9 % və ya 55,5 milyon manat çoxdur.

Bu barədə Maliyyə Nazirliyinin 6 ayda dövlət büdcəsinin icrasına dair məlumatında deyilir.

Qeyd olunur ki, digər daxilolmalar üzrə büdcəyə 60,1 milyon manat vəsait daxil olub. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 413 milyon manat vəsait transfert edilib. Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 milyard 965,8 milyon manat icra olunub.

Bütün xəbərlər