Cari ilin 6 ayında dövlət büdcəsinin xərcləri 10 milyard 951 milyon manat icra olunub

15:40 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Cari ilin 6 ayında dövlət büdcəsinin xərcləri 10 milyard 951 milyon manat icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15 % və ya 1 milyard 426,7 milyon manat çoxdur.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, cari ilin ilk 6 ayında dövlət büdcəsi xərclərinin 36,1 %-i və ya 3 milyard 953,7 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% və ya 328 milyon manat çoxdur.

Yarım ildə dövlət büdcəsi xərclərinin 5 milyard 621 milyon manatı və ya 51,3 %-i cari xərclərə, 3 milyard 941,6 milyon manatı və ya 36 %-i əsaslı xərclərə, 1 milyard 388,4 milyon manatı və ya 12,7 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5 milyard 891,8 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 775,5 milyon manat və ya 15,2 % çoxdur.

Altı ayda icmal büdcənin gəlirləri 17 milyard 583,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 467,6 milyon manat və ya 16,3 % çoxdur. İcmal büdcənin xərcləri 11 milyard 682 milyon manat icra olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 839 milyon manat və ya 7,7 % çoxdur. İcmal büdcədə 5 milyard 901,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Bütün xəbərlər