“Bank of Baku” ASC-nin faiz gəlirləri cüzi artıb

15:46 - 19.07.2019


19 iyul, Fineko/abc.az. “Bank of Baku” ASC 2019-cu ilin 1-ci yarısını 32 milyon 287 min manat xalis mənfəətlə bitirib.

Bu barədə məlumat bankın açıqladığı rüblük hesabatda qeyd olunub.

Hesabata əsasən, 2018-ci ilin yanvar-iyun dövrü ilə müqayisədə 2019-cu ilin eyni dövründə “Bank of Baku”nun faiz gəlirləri cüzi artımla 20 milyon  860 min manat təşkil edib.

Qeyd edək ki, bank 2018-ci ilin 1-ci yarısında 20 milyon 834 min manat faiz gəlirləri əldə etmişdi.

Bu müddətdə bankın qeyri-faiz gəlirləri də artıb. Belə ki, bankın sözügedən dövrdə qeyri-faiz gərlirləri 2,4 dəfə artaraq 3 milyon 697 min manat olub.

Cari ilin 1-ci rübündə faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlardan azad olmuş 27 milyon 375 min manat və mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 39 milyon 391 min manat daxil olmaqla cəmi gəlirlər 91 milyon 323 min manat, mənfəətdən ödənilən vergilər daxil cəmi xərcləri isə 59 milyon 37 min manat təşkil edib. Nəticədə “Bank of Baku” ilk 6 ayı 32 milyon 287 min manat xalis mənfəət ilə başa vurub.

 

Bütün xəbərlər