İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15:52 - 19.07.2019


19 iyul, Fineko/abc.az. İyulun 22-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu” ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə BFB məlumat verir.

Bildirilir ki, emissiyanın həcmi 20 milyon manat, nominal qiyməti və hərrac qiyməti 100 manat, faiz dərəcəsi 3 %, istiqrazların tədavül müddəti 23 il, faiz gəlirinin ödəniş müddəti 180 gündür. “PSG-Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

Hərracda iştirak etmək istəyənlər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Bütün xəbərlər