“Bank of Baku” ASC-nin kapitalı iki dəfə artıb

16:10 - 19.07.2019


19 iyul, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “Bank of Baku” 291 237 min manat cəmi aktivlərə (o cümlədən 172 157 min manatı müştərilərə verilən kreditlər), 219 502 min manat cəmi öhdəliklərə və 71 735 min manat cəmi balans kapitalına malik olub.

Bu barədə bankın açıqladığı rüblük hesabatda məlumat verilib.

Hesabata əsasən, 30 İyun 2018-ci il tarixində “Bank of Baku” 299 459 min manat cəmi aktivlərə (o cümlədən 186 497 min manatı müştərilərə verilən kreditlər), 261 712 min manat cəmi öhdəliklərə və 37 746 min manat cəmi balans kapitalına malik idi.

31 Mart 2019-cu il tarixində isə “Bank of Baku” 270 630 min manat cəmi aktivlərə (o cümlədən 180 926 min manatı müştərilərə verilən kreditlər), 238 530 min manat cəmi öhdəliklərə və 32 100 min manat cəmi balans kapitalına malik idi. Cəmi balans kapitalının artmasının səbəbi əldə edilmiş mənfəət hesabına yığılmış zərərin tamamilə ortadan qalxmasıdır.

30 İyun 2019-cu il tarixində “Bank of Baku” 56 480 min manat məcmu kapitala malik olub. Martın sonunda Bankın məcmu kapitalı 18 705 min manattəşkil etmişdi. Beləliklə, Mayda dollar kreditlərinə kompensasiya ödənildikdən sonra “Bank of Baku”nun məcmu kapitalı minimal tələbi (50 milyon manat) üstələyib.

Bütün xəbərlər