“Rabitəbank”-ın əməliyyat mənfəəti artıb

10:55 - 22.07.2019


22 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun dövründə “Rabitəbank” 22 milyon 938 min manat cəmi gəlirləri əldə etmək üçün 18 milyon 10 min manat xərc çəkib.

Bu statistik məlumat bankın açıqladığı maliyyə göstəricilərində qeyd olunub.

Nəticədə Bankın 4 milyon 928 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 94 min manatı ehtiyata ayrılıb və nəticədə Bankın 4 milyon 835 min manat vergidən  əvvəl mənfəəti qalıb.

2018-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” 21 milyon 946 min manat cəmi gəliri əldə etmək üçün 17 milyon 955 min manat xərc çəkmiş və 3 milyon 991 min manat əməliyyat mənfəəti əldə etmişdi. Bankın əməliyyat mənfəətinin 3 milyon 678 min manatını ehtiyata ayırdığından həmin dövrü 311 min manat xalis mənfəət ilə bağlamışdı.

 

Bütün xəbərlər