“Rabitəbank” müştərilərə verdiyi kreditləri artırıb

12:28 - 22.07.2019


22 iyul, Fineko/abc.az. Ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə “Rabitəbank”ın müştərilərə verdiyi cəmi kreditlər 83 milyon 158 min manat və ya 31,6% artaraq 30 İyun 2019-cu il tarixində 346 milyon 502 min manata çatıb.

Bu statistik rəqəmlər bankın açıqladığı rüblük hesabatında qeyd olunub.

Hesabata əsasən ötən 12 ay ərzində Bankın aktivləri isə 101 milyon 88 min manat və ya 14,2% azalaraq 611 milyon 404 min manata düşüb. Aktivlərin azalmasının səbəbi likvid aktivlərin azalmasıdır. Öhdəliklərdə yer alan müştərilərin cari hesablarındakı vəsaitlərin 98 milyon 348 min manat və ya 31,2% azalaraq 216 milyon 457 min manata düşməsilə əlaqədar olaraq likvid aktivlər də azalıb.

30 İyun 2019-cu il tarixində “Rabitəbank” 107 milyon 811 min manat məcmu kapitala malik olub.

 

Bütün xəbərlər