"Azərbaycan Beynəlxalq Bankı"-nın kapitalı artıb

16:20 - 22.07.2019


22 iyul, Fineko/abc.az. "Azərbaycan Beynəlxalq Bankı" 30 iyun 2019-cu il üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

2019-cu ilin ilk rübünə "Azərbaycan Beynəlxalq Bankı"nın aktivləri 8 mlrd. 487 mln. 726 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

Sözügedən dövrə bankın kredit portfeli 2 mlrd. 16 mln. 858 min manat olub ki, bu da ötən mart göstəriciləri ilə müqayisədə 20% çoxdur.

Bankın depozit portfeli isə 1 il ərzində 22% böyüyərək cari ilin ilk yarısında 4 mlrd. 625 mln. 104 min manat olub. Cəmi öhdəliklər isə2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,2% artaraq 7 mlrd. 17 mln.793 min manat olub. Bankın cəmi kapitalı isə bir il ərzində 23,7% artaraq 1 mlrd. 469 mln. 933 min manat təşkil edib.

 

Bütün xəbərlər