Qızıl və gümüş ucuzlaşdı

23.07.2019,09:57


23 iyul, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiyməti məlum olub.

Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti $9,30 ucuzlaşıb və hazırda $1 417,30 ticarət olunur.

Gümüşün unsiyasının qiyməti isə $0,17 azalaraq $16,24 satılıb.