“Fitch Ratings”: “Azərbaycanın bank sektorunda problemlər qalmaqdadır”

23.07.2019,10:47


23 iyul, Fineko/abc.az. Azərbaycanın bank sektorunda problemlər hələ də qalmaqdadır.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, “Azərbaycanın bank sektoru zəif olaraq qalır ki, bu da Fitch Bank System Indicator (BSI) üzrə "b" göstəricisinə uyğundur”. Agentliyin fikrincə, 2019-cu ilin may ayında qeyri-işlək kreditlərin payı 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 12,7% təşkil edib. Agentlik hesab edir ki, Azərbaycanın bank sektorunda bununla yanaşı dollarlaşmanın səviyyəsi yüksək olaraq qalır – depozitlərin 59,6%-i və kreditlərin 35,0%-i xarici valyutada nominallaşdırılıb. Eyni zamanda, prudensial tədbirlər, manat depozitləri üzrə əlverişli faiz dərəcələri və sabit mübadilə məzənnəsi sayəsində dollarlaşmanın səviyyəsi bir qədər də azalıb.