İlham Əliyev Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib

12:06 - 23.07.2019


23 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun, Kolumbiyanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın, İsveçrə Konfederasiyasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin , Almaniya Federativ Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin , Çin Xalq Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin  etimadnaməsini qəbul edib.

Bütün xəbərlər