“Azerbaijan Rigs” MMC audit xidmətləri üzrə təkliflər sorğusu elan edir

12:53 - 23.07.2019


23 iyul, Fineko/abc.az. “Azerbaijan Rigs” MMC öz əmlakının bazar qiymətinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tələblərinə uyğun olaraq müəyyənləşdirilməsi və 2019, 2020 və 2021-ci illər üçün maliyyə hesabatlarının və MVB auditinin həyata keçirilməsi xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusu elan edir.

Elanda qeyd olunur ki, təkliflər 31 iyul 2019-cu il saat 17.00-dək “Azerbaijan Rigs” MMC-yə təqdim olunmalıdır.

Telefon : (99412) 521-34-60.

Ünvan-Bakı , Heydər Əliyev prospekti 121 (“SOCAR Tower” 4-cü mərtəbə).

 

Bütün xəbərlər