"Günay Bank" 2019-u ilin yarımilliyini mənfəətlə başa vurub

14:20 - 23.07.2019


23 iyul, Fineko/abc.az. "Günay Bank" ASC-nin fəaliyyətində aktiv dəyişikliklərin baş verdiyi müşahidə olunur.

Bu barədə məlumat bankın bu ilin yarımillik hesabatında açıqlanıb.

Sözügedən müddət dövrdə bank 752.29 min manat mənfəət əldə edib. İlin əvvəlinə nisbətən aktivlər 33 milyon 48.51 min artaraq 191 milyon 200.81 manatdan 224 milyon 249.242 min manata qədər yüksəlib.

Məcmu kapitalın adekvatlıq əmsalı 10%-ə qarşılıq 35% təşkil edir. Hesabata əsasən, qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, "Günay Bank" gündən-günə müştəri potensialını artıraraq özünəməxsus ritmdə inkişafını davam etdirir.

Bütün xəbərlər