“Azərsu” ASC Şirvan şəhərində su təchizatını yeniləyir

15:29 - 23.07.2019


23 iyul, Fineko/abc.az. “Azərsu” ASC Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını mərhələli şəkildə həyata keçirir. Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişaf və əhali artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb.

Layihəyə əsasən, 200-1000 mm diametrli borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub.

Qeyd edilir ki, ötən dövrdə Şirvan şəhərinin içməli su infrastrukturunun yenilənməsi sahəsində də layihələr icra edilib. Kür sutəmziləyici qurğular kompleksində təmizlənən suyun bir hissəsinin Şirvan-Muğan qrup su kəməri vasitəsilə Şirvan, Salyan və Biləsuvar şəhərlərinə verilməsi təmin edilib.  Eyni zamanda, şəhərdaxili magistral xətlərin və paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib.

Bütün xəbərlər