“Günay Bank” müştərilərə verdiyi kreditləri artırıb

15:30 - 23.07.2019


23 iyul, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “Günay Bank” ASC 224 milyon 249 min manat cəmi aktivlərə, 161 milyon 272 min manat cəmi öhdəliklərə və 62 milyon 976 min manat cəmi balans kapitalına malik olub.

Bu barədə bankın 2019-cu ilin 1-ci yarısı üçün açıqladığı maiyyə göstəricilərində məlumat verilir.

Belə ki, 30 iyun 2018-ci il tarixində “Günay Bank” ASC 181 milyon 695 min manat cəmi aktivlərə, 120 milyon 970 min manat cəmi öhdəliklərə və 60 milyon 725 min manat cəmi balans kapitalına malik idi.

Son 12 ay ərzində Bankın cəmi aktivləri 42 milyon 553 min manat artıb. Aktivlərdəki artımın səbəblərindən biri müştərilərə verilən kreditlərin artmasıdır. Ötən ilin İyun ayının sonunda müştərilərə verilmiş cəmi kreditlər 147 milyon 734 min manat ikən, cari ilin İyun ayının sonunda 151 milyon 586 min manata çatıb.

2018-ci ilin 1-ci yarısı ilə müqayisədə “Günay Bank”da depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla)  6 milyon 527 min manat və ya 7,5% artaraq 93 milyon 426 min manata yüksəlib. Bankların və digər maliyyə institutların depozitləri isə 4,3 dəfə artaraq 22 milyon 380 min manata qalxıb.

Bütün xəbərlər