“Günay Bank”-ın faiz gəlirləri artıb

15:36 - 23.07.2019


23 iyul, Fineko/abc.az. 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Günay Bank”ın faiz gəlirləri 35% artaraq 5 milyon 815 min manata yüksəlib.

Bu barədə bankın açıqladığı heabatda qeyd olunur.

Hesabata əsasən, bankın qeyri-faiz gəlirləri isə 25% azalaraq 3 milyon 608 min manata düşüb. Bununla yanaşı 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Günay Bank”ın faiz xərcləri 2 dəfə artaraq 4 milyon 316 min manata, qeyri-faiz xərcləri isə 24% artaraq 3 milyon 852 min manata yüksəlib.

Bütün xəbərlər